İDMAN


Buenos-Ayresdə Messiyə heykəl qoyulub

Argentinanın paytaxtı Buenos-Ayresdə futbol üzrə milli yığmanın kapitanı Lionel Messinin heykəli ucaldılıb. Abidənin açılışı komandanın Amerika kubokundan qayıtmasından sonra baş tutub. Karyerasını başa vurmamaq üçün futbolçuya Argentina prezidenti Maurisio Makri və keçmiş məşhur futbolçu Dieqo Maradona müraciət edib. Argentinanın bir çox şəhərlərinin küçələrində “Leo getmə” yazılı lövhələr peyda olub. VİDEO: APNews