İDMAN


AVRO-2016: Almaniya yarımfinala çıxdı YENİLƏNİB

Avropa Çempionatının dörddəbir final mərhələsində növbəti oyun Almaniya ilə İtaliya milliləri arasında keçirilib. Oyunun 65-ci dəqiqəsində Almaniya hesabı açdı və Məsut Özilin qolu komandasını irəli keçirdi - 1:0. Matçın 77-ci dəqiqəsində hakim Almaniyanın qapısına penalti təyin etdi və Leanardo Bonuççi İtaliyanın oyundakı ilk qolunu vurdu - 1:1. Oyunda oynanılan əlavə vaxtda qapılara qol vurulmadı. Almaniya penalti seriyasında 6:5 hesabı ilə İtaliyaya qalib gələrək yarımfinala çıxdı.