CƏMİYYƏT


Heydər Əliyev Fondu uşaqlar üçün növbəti dəfə əyləncə proqramı təşkil edib

İyulun 3-də Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan, habelə daun sindromlu uşaqlar üçün növbəti dəfə əyləncə proqramı təşkil edib. Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Uşaqlar üçün təşkil olunan şənlikdə paytaxtdakı müxtəlif uşaq evlərindən və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən 200-dək uşaq iştirak edib.