DÜNYA


ABŞ-da polisin vətəndaşı güllələməsi Facebook-da canlı yayımlanıb

ABŞ-ın Minnesota ştatında sənədləri yoxlamaq üçün avtomobili saxlayan polis qaradərili sürücünü güllələyib. Onun yanında olan qadın Facebook-da canlı yayıma çıxaraq hadisəni və yaralı sürücünü göstərib. Onun sözlərinə görə, maşını sürən oğlan dostu sənədi çıxarmaq istəyərkən güllələnib. Maşında azyaşlı uşaq da olub. Yerli güc strukturları araşdırmalara başlayıb. Hadisə baş verən şəhərdə isə etiraz aksiyaları keçirilib. Video: Lavish Reynolds