MƏDƏNİYYƏT


Filip Kirkorov Bakı tamaşaçılarını Azərbaycanca salamladı

Xəbər verdiyimiz kimi, iyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb. Sürprizlərlə dolu Festivalda bu gün də maraqlı anlar yaşanıb. Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan dilində salamlaması və ürək sözlərini doğma dilimizdə söyləməsi alqışlarla qarşılanıb.