DÜNYA


Fransada terror: 80 nəfər ölüb, 100-dən çox insan yaralanıb YENİLƏNİB

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. Hadisə nəticəsində ölənlərin sayının 80 nəfərə çatdığı bildirilir. 50 nəfərin vəziyyəti ağırdır. Daily Mail-in məlumatına əsasən, hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Video: WorldOnAlert