CƏMİYYƏT


Tələbə olmaq istəyən abituriyentlər I və IV qruplar üzrə qəbul imtahanı verib

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. Respublikanın 11 şəhərində keçirilən imtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. İmtahanda 25956 abituriyentin iştirakı nəzərdə tutulurdu.