DÜNYA


Türkiyədə hərbi çevriliş cəhdi insan tələfatı ilə nəticələnib

Türkiyədə baş verən hərbi çevriliş cəhdi nəticəsində ən azı 20 nəfər həlak olub. Rəsmi məlumata görə, çevriliş cəhdinə cəlb olunan hərbi helekopterdən açılan atəş nəticəsində 17 xüsusi təyinatlı polis və bir mülki şəxs həlak olub. Bundan başqa, TRT-nin inzibati binasını ələ keçirən əsgərlərdən 4 nəfəri öldürülüb. İstanbulda hərbi çevrilişdə iştirak edən bir zabit və 3 əsgər həbs olunub.