SİYASƏT


Ağdam və Tərtərdən hərbi sursatlar tapıldı

İyulun 21-də ANAMA tərəfindən Tərtər rayonu Şıxarx kəndində 1 ədəd partlamamış hərbi sursat- 152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi aşkar edilib. Ağdam rayonu Mahrızlı kəndində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.