CƏMİYYƏT


Bərdədə bir liseydən 13 məzun 600-dən çox bal toplayıb

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunları qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Məktəb-liseyin direktoru Vidadi Süleymanov AZƏRTAC-a bildirib ki, bu il təhsil ocağını bitirən 97 məzundan 90 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib. Qəbul imtahanlarında məzunlardan 85-ə yaxını keçid balını toplaya bilib. Onlardan 23 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb...