CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Ölkəmizdə İİV-ə yoluxanların 73,2 faizini kişilər təşkil edir

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxması təsdiq olunmuş 4 min 955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3 min 607-si kişi, 1348-i qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1798 nəfərdir.