MÜSAHİBƏ


Altı ayda Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı 45 faiz artıb

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çox uğurla inkişaf edir. Ölkələrimiz strateji səviyyədə tərəfdaşlıq edirlər. İqtisadi sahədə əlaqələrimiz çox uğurludur və qarşılıqlı investisiyaların həcmi ilbəil artır.