İDMAN


“Qəbələ” “Maribor” ilə qarşılaşmaya hazırlaşır

Avqustun 18-də “Qəbələ” klubu Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Sloveniyanın “Maribor” komandasını qəbul edəcək. Oyun avqustun 18-i saat 21:00-da, "Dalğa Arena"da baş tutacaq. Klubun rəsmi saytı oyundan öncə promo-video hazırlayıb.