MƏDƏNİYYƏT


Xarici vokalistlərin ifasında “Ay lolo”

Polşanın Zory şəhərində keçirilən “Vocingers” festivalında iştirak edən azərbaycanlı pianoçu Elçin Şirinov festivalda çıxış edən vokalistlərə “Ay lolo” xalq mahnısını ifa etməyi öyrədib. Asudə vaxtlarında Azərbaycan dili və musiqisi ilə yaxından maraqlanan ifaçılar bu mahnının öhdəsindən mərahətlə gəliblər. Elçin Şirinov bu görüntüləri həvəskar kamera ilə lentə alıb.