MƏDƏNİYYƏT


Bu il Qəbələyə müsəlman ölkələrindən gələn turistlər daha çoxdur

Hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma bu il müsəlman ölkələrindən gələn turistlər daha çoxdur. Ərəb turistlərin Qəbələdə dincəlməyə üstünlük verməsi rayonun turizm bazarını daha da genişləndirib. Hazırda Qəbələyə ən çox turist Birləşmiş Ərəb Əmirliklərindən gəlir.