CƏMİYYƏT


Şabranda 5 min illik tarixə malik qazma evlər aşkarlanıb

Rayonun Aygünlü kəndi ərazisində Çaqqaltəpə abidəsində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.