İDMAN


Mariya Stadnik “Rio-2016”da gümüş medal qazanıb

48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.