SİYASƏT


"ASAN Xidmət"lə Koreya DİN arasında Memorandum imzalanıb

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-Hökumət və Dövlət Xidmətlərinin Göstərilməsi sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır