CƏMİYYƏT


Daha 6 marşurtda vahid ödəmə kart sistemi tətbiq olunacaq

Sentyabr ayından daha 6 marşurt xətti üzrə hərəkət edən avtobuslarda kart ödəniş sistemi tətbiq olunacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, yaxın zamanda 18, 61, 65, 79, 85, 96 saylı marşurt xətlərində vahid kart sisteminin tətbiq olunması nəzərdə tutulub.