CƏMİYYƏT


5 yaşlı uşaqların məktəbəhazırlıq kursları oktyabrın 1-dən başlayacaq

Oktyabrın 1-dən məktəblərdə 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Bu barədə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib. Hazırda isə məktəbəhazırlığa cəlb olunacaq uşaqların siyahısı, həmçinin məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır