DÜNYA


Cəngavər kral pinqvini briqadir rütbəsinə yüksəldildi

Norveçin sevimli pinqvini Ser Nils Olav avqustun 22-də Edinburq Zooparkında keçirilən xüsusi mərasimdə briqadir rütbəsinə yüksəldildi. Mərasimdə Ser Nils Norveç Kralının 50 əsgərdən ibarət qarovulu qarşısından həmişəki kimi məharətlə keçdi. Qeyd edək ki, hərbi mərasimlərdə iştirak etmədiyi zaman Ser Nils Kral qarovulunun rəmzi kimi fəaliyyət göstərir. VİDEO: Edinburgh Zoo