MƏDƏNİYYƏT


Xınalıq sakini evində 50-dən çox xarici ölkədən 1000-ə yaxın turisti qarşılayıb

Əllidən çox xarici ölkədən 1000-ə yaxın turist. Bu, hansısa otelə gələn əcnəbi turistlərin sayı deyil. Qəribə də olsa, bu, dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Quba rayonunun Xınalıq kəndinin sakini Rəhman Sərkərovun son 15 ildə şəxsi evində qarşıladığı qonaqların sayıdır.