CƏMİYYƏT


“Ceyrançöl” MMC gələn il əkin sahələrini daha 1000 hektar artıracaq

Vaxtilə boz çöllərdən ibarət olan Şəmkirin Ceyrançöl ərazisi indi yaşıllıqlara bürünüb. Su üzünə həsrət qalan bu ərazidə əkin sahələrinin suvarılması üçün Kür çayından iki istiqamətdə 730 millimetrlik borularla 10 kilometr məsafəyə və qismən kiçik diametrli borularla 12 kilometr təsərrüfatdaxili su xətləri çəkilib, müasir suvarma qurğuları quraşdırılıb.