DÜNYA


CHP sədri Kamal Kılıcdaroğlunun avtomobili atəşə tutulub YENİLƏNİB

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanı atəşə tutulub. CHP lideri təyyarə ilə Qarsa uçaraq, oradan Artvindək tədbirlərdə iştirak etməyə gedirmiş. Hadisə də həmin vaxt baş verib. K.Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqqında məlumat alıb. CHP sədrinin avtomobil karvanına hücum zamanı ağır yaralanan hərbçi şəhid olub.