İDMAN


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib

Avqustun 25-də UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” cavab oyununu keçirib. “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Höteborq” (İsveç) komandasını qəbul edib. “Höteborq”a qarşı inamlı futbol nümayış etdirən Ağdam təmsilçisi görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.