CƏMİYYƏT


Bu il boğulmaq təhlükəsi ilə üzləşən 200-dən çox insan xilas edilib

Çimərlik mövsümü ərzində FHN-in Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən suda boğulma təhlükəsi ilə üzləşən 209 nəfər xilas edilib. Onlardan 166 nəfəri nəzarətdə olan, 43 nəfəri isə qeyri-çimərlik ərazilərində xilas olunub.