CƏMİYYƏT


Kolleclərə qəbul olanların qeydiyyatı bu gün başa çatır

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gün saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.