CƏMİYYƏT


Şimal bölgəsinin arıçılıq təsərrüfatlarında bal süzümü davam edir

Şimal bölgəsinin arıçılıq təsərrüfatlarında iyul ayının ortalarından başlanan bal süzümü mövsümü davam edir. Arıçılar məhsuldarlığın ötən ilə nisbətən aşağı olduğunu bildirirlər. Xaçmaz rayonundan olan arıçı Həsən Rəşidov deyir ki, məhsuldarlığın aşağı olması qeyri-sabit hava şəraiti ilə əlaqədardır.