ELM VƏ TƏHSİL


Bakıda “ICMSEM 2016” X Beynəlxalq Konfransı davam edir

Sentyabrın 1-də Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda X Beynəlxalq Konfrans öz işini davam etdirir. Beynəlxalq tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.