CƏMİYYƏT


Rusiyalı turist helikopterlə xilas edildi – Xınalıqda

Quba rayonunun Xınalıq kəndinə gələn turistin dağlıq ərazidən çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub. Rusiya vətəndaşı 1978-ci il təvəllüdlü Svetlana Kuliniç Xınalığa sentyabrın 1-i gəlib. Şimal bölgəsinə yağan leysan yağışları nəticəsində Xınalıq kəndinə gələn yolu sel apardığından turistin geri qayıtması mümkünsüz olub.