CƏMİYYƏT


Bakıda sahibsiz heyvanlara yardım üçün aksiya keçirilir

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində “Baku Crystal Hall”un yanında maraqlı aksiya keçirilir. Belə ki, burada Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi tərəfindən sahibsiz pişiklər nümayiş olunur. Məqsəd isə, Olimpiadaya gələn yerli vətəndaşlar və xarici turistlərə sahibsiz heyvanlara yardım üçün şans yaratmaqdır