İDMAN


Azərbaycan Bakı Şahmat Olimpiadasında 30 hakim ilə təmsil olunur

"Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu ilə əlaqədar mətbuat konfransında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov bildirib ki, Bakıda keçirilən Şahmat Olimpiadasında müxtəlif qitələri təmsil edən 192 hakim iştirak edir. Azərbaycan 30 hakimlə təmsil olunur.