İDMAN


Bakı Şahmat Olimpiadasında V tura start verilib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V tura start verilib. Beşinci turda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşır. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə üz-üzə gəlir. Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya millisidir. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkir.