CƏMİYYƏT


"ASAN xidmət” mərkəzlərinin fəaliyyəti inkişaf edir

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb. Hazırda Bakı və regionlar olmaqla 11 “ASAN xidmət” mərkəzi üzrə 2000-ə qədər işçi çalışır. Buraya həm “ASAN xidmət” əməkdaşları, həm də digər dövlət orqanlarının əməkdaşları daxildir. Bundan əlavə bu mərkəzlərdə 800-ə yaxın könüllü fəaliyyətini davam etdirir.