İDMAN


Azərbaycan şahmatçıları Bakı Olimpiadasının beşinci turunda mübarizəni davam etdirirlər

Sentyabrın 6-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının beşinci turu keçirilir. Olimpiadanın beşinci günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov “Bakı Crystal Hall”a gələrək şahmatçılarımızla görüşüb, yarışların gedişini izləyiblər.