CƏMİYYƏT


Qubada sentyabrın ikinci ongünlüyündən alma yığımına başlanacaq

Bu il Qubanın alma bağlarında məhsuldarlıq yüksəkdir. Bağbanlar sentyabrın ikinci ongünlüyündən etibarən alma bağlarında kütləvi məhsul yığımına başlayacaqlar. Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar.