600-dən çox bal toplayan 291 tələbə UNEC-i seçib
07.09.2016 [14:46]
Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan tələbələr barədə nəticələr məlum olub. Universitetin Tədris-metodiki mərkəzinin direktoru Eldar Azadov bildirib ki, ötən illərlə müqayisədə ən yüksək bal toplayanların qəbul sayında ciddi irəliləyişə nail olunub.