MƏDƏNİYYƏT


Moskvada Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun sərgisi açılıb

Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilovun “Görüş” adlı yubiley sərgisinin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiya Dövlət Şərq muzeyi tərəfindən təşkil olunub.