CƏMİYYƏT


İcbari tibbi sığortanın tətbiq olunacağı ilkin ərazilər açıqlanıb

İcbari tibbi sığorta pilot layihə olaraq ilkin mərhələdə Mingəçevir şəhəri və Yevlax rayonunda tətbiq olunacaq. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələrdən sonra icbari tibbi sığorta üçün həm şəhər, həm də rayon tipli ərazi seçib.