İDMAN


Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 19-cu yerdədir

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir. Yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb. Bu medallardan bir dəsti isə Azərbaycan millisinin aktivinə yazılıb. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutublar. Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı dördə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.