CƏMİYYƏT


UNEC-də “Oriyentasiya günü” keçirilib

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali təhsil ocağına yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü” keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan bu tədbirin məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etməkdir.