İDMAN


Yunan-Roma güləşçimiz Fail İskəndərov dünya çempionu olub

Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə - sentyabrın 14-də 42, 46, 69, 76 və 85 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.