CƏMİYYƏT


Xaçmazlılara şəxsiyyət vəsiqələrinin verilməsi üçün səyyar xidmət göstərilir

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsindən öncə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrində səyyar xidmət göstərir.