CƏMİYYƏT


Xaçmazda yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 15-də Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəb binası istifadəyə verilib. Yeni məktəbin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimə rayon rəhbərliyi, Milli Məclisin deputatı Eldəniz Səlimov, rayon ictimaiyyətinin nümayəndələri və məktəb kollektivi qatılıblar.