CƏMİYYƏT


UNEC-də differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində differensial əmək haqqı sisteminin 2015/2016 –cı tədris ili üzrə nəticələri açıqlanıb. Universitetin rektoru Ədalət Muradov differensial əmək haqqı sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bu sistem ilk dəfə olaraq ötən tədris ilindən tətbiq olunub.