CƏMİYYƏT


Bakı metrosunda sərnişinlər üçün canlı konsert

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü münasibəti ilə "Bakı Metropoliteni”ndə sərnişinlər üçün canlı konsert proqramı təşkil olunub. Milli Musiqi Günündə metronun “Elmlər Akademiyası”, "28 May” və "İçərişəhər” metro stansiyalarında sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının musiqi kollektivlərinin canlı ifası qarşılayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır