CƏMİYYƏT


Şabranda ev yanıb

Sentyabrın 19-u axşam saatlarında Şabran şəhərində yanğın hadisəsi baş verib. Beş otaqlı evdə qeydə alınan yanğın zamanı 4 yaşlı Yusif Namiq oğlu Qasımov yanıq xəsarətləri alıb. Hadisə baş verən vaxt evdə yatan azyaşlını qonşular yanğından xilas edə bilib. Zərərçəkən dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır