CƏMİYYƏT


V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Bakı Dövlət Universitetində olublar

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları sentyabrın 30-da Bakı Dövlət Universitetində olublar. Görüşdə jurnalistika fakültəsinin dekan əvəzi professor Cahangir Məmmədli, radio və televiziya kafedrasının müdiri dosent Aynur Kərimova, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və müəllim kollektivi iştirak edib.