CƏMİYYƏT


Nizami rayonunda daha bir küçə və prospekt təmir olunub

Nizami rayonunun Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir olunub. Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir. Prospekt boyunca köhnə asfalt örtüyünün üst qatı frezlənərək kənara daşınıb, daha sonra yola yeni asfalt-beton örtük döşənib.