MƏDƏNİYYƏT


Fransanın KTO kanalında Roma Papasının Bakıya səfəri barədə süjet yayımlanıb

Fransanın KTO katolik televiziya kanalı Roma Papası Fransiskin Azərbaycana səfərini geniş işıqlandırıb. Verilişdə Papa Fransiskin hava limanında qarşılanma mərasimindən tutmuş Bakıdakı Katolik Kilsəsində keçirilən messa-dini mərasimində iştirakı, Prezident İlham Əliyev ilə görüşü, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı və Heydər məscidindəki görüşünədək bütün tədbirlər barədə süjetlər yayımlanıb.